BİNƏ SALMAQ

bir yеrdə məskən sаlmаq, bərkimək, yerini möhkəm eləmək, daimi yerləşmək, binələmək; ~ kök salmаq.

BİNA QOYMAQ
BİR ADAMIN DA BURNU QANAMADI
OBASTAN VİKİ
Binə
Binə (dağ) — Şərur rayonu ərazisində dağ. Binə (Xəzər) — Bakının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə. Binə (Xocavənd) — Bakının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Binə (yaşayış məskəni) — müvəqqəti yaşayış məskənlərinin ilkin tipi olaraq bu və ya digər kəndin salınmasında başlanğıc mərhələ rolunu oynayan yer.
Binə (Germi)
Binə (fars. بنه‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 802 nəfər yaşayır (177 ailə).
Binə (Xocavənd)
Binə (əvvəlki adı: Domı) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Binə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Domı kəndi Binə kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Binə kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd 1992-ci ilədək Domı adlandırılmışdır. Domı sözü də binə sözünə yaxın "oturmaq, ayağını qatlayıb aşağı çökmək" mənaları ilə bağlıdır. Ərazisindən axdığı eyniadlı çayın əyildiyi, burulduğu yerdə yerləşdiyi üçün yaşayış məntəqəsi bu adı almışdır. == Tarixi == === Tarixi abidələri === Binə kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd dağ ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil.
Binə (Xəzər)
Binə — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə; Xəzər rayonunun əhalisinin sayına görə ən böyük qəsəbəsi. == Tarixi == Binə ərazisinə görə Bakının Maştağadan sonra ən böyük ikinci qəsəbəsidir. Məskunlaşma baxımından Abşeronun ən cavan yaşayış məntəqələrindən biri sayılır. Burada XVII əsrin ortalarından etibarən əhali daimi olaraq məskunlaşmağa başlamışdır. Bakı şəhəri Xəzər rayonunun inzibati ərazi vahidliyinə daxil olan Binə qəsəbəsinin ərazisi 3150 kv.km olub, bu əraziyə Bolluq və Savxoz yaşayış məntəqələri də daxildir. Yerli əhali ənənəvi olaraq heyvandarlıq, əkinçilik, son onilliklərdə istixana təsərrüfatı (gül, pomidor, xiyar becərilməsi) ilə məşğul olmuşdur. Qəsəbə ərazisində bir neçə ictimai və dini abidələr mövcuddur. Bunlardan 1814—1815 və 1878—1879-cu illərdə inşa olunan iki el hamamını, 1877-ci ildə tikilən Hacı Ərəb və 1916-cı ildə istifadəyə verilən "Möhsin Səlim" məscidini qeyd etmək olar. == Mədəniyyəti == Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanı bu qəsəbə ərazisində yerləşir. Həmçinin Milli Aviasiya Akademiyası da burada yerləşir.
Binə Xocavar
Binə Xocavar — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1150 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqəsi keçmişdə Xocavar (indi mövcud deyil) kəndinin binə yeri olmuşdur. XIX əsrin axırlarında kəndin əhalisi binə yerində məskunlaşaraq yeni yaşayış məntəqəsinin əsasını qoymuşdur. Toponim "Xocavar kəndinə məxsus binə" mənasındadır. == Tarixi == XIX əsrin əvvəllərində qonşu Böyük Xocavar kəndindən qopan və kəndin indiki ərazisində özlərinə binə salan ailələrdən təşkil olunmuşdur. Kəndin adı Binə Xocavar da elə buradan götürülmüşdür. Sovet dönəmində bu kəndlər bir sovetlikdə, indi isə bir bir bələdiyyə ərazisində yerləşir.[mənbə göstərin] == İqtisadiyyatı == Kənd əhalisi Sovetlər dönəmində əsasən kənd təsərrüfatı ilə məşğul olurdu. İndi isə əhalinin bir hissəsi kənd təsərrüfatı ilə, digər hissəsi isə kiçik sexlər səviyyəsində mebel istehsalı ilə məşğul olur.[mənbə göstərin] == Din == Kənddə Binə Xocavar kənd məscidi dini icması fəaliyyət göstərir.I Qarabağ şəhidi: Nuriyev Bəşir Nuru oğlu – (05. 06.
Binə bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Binə qəsəbəsi
Binə — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə; Xəzər rayonunun əhalisinin sayına görə ən böyük qəsəbəsi. == Tarixi == Binə ərazisinə görə Bakının Maştağadan sonra ən böyük ikinci qəsəbəsidir. Məskunlaşma baxımından Abşeronun ən cavan yaşayış məntəqələrindən biri sayılır. Burada XVII əsrin ortalarından etibarən əhali daimi olaraq məskunlaşmağa başlamışdır. Bakı şəhəri Xəzər rayonunun inzibati ərazi vahidliyinə daxil olan Binə qəsəbəsinin ərazisi 3150 kv.km olub, bu əraziyə Bolluq və Savxoz yaşayış məntəqələri də daxildir. Yerli əhali ənənəvi olaraq heyvandarlıq, əkinçilik, son onilliklərdə istixana təsərrüfatı (gül, pomidor, xiyar becərilməsi) ilə məşğul olmuşdur. Qəsəbə ərazisində bir neçə ictimai və dini abidələr mövcuddur. Bunlardan 1814—1815 və 1878—1879-cu illərdə inşa olunan iki el hamamını, 1877-ci ildə tikilən Hacı Ərəb və 1916-cı ildə istifadəyə verilən "Möhsin Səlim" məscidini qeyd etmək olar. == Mədəniyyəti == Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanı bu qəsəbə ərazisində yerləşir. Həmçinin Milli Aviasiya Akademiyası da burada yerləşir.
Binə stadionu
Binə stadionu — Azərbaycanın Bakı şəhərinə daxil olan Binə qəsəbəsində çoxistifadəli stadion. Bu, "Binə" FK -nın ev stadionudur. Stadion 600 nəfərlikdir və açılışı 2012-ci ildə gerçəkləşmişdir.
Binə (yaşayış məskəni)
Binə — müvəqqəti yaşayış məskənlərinin ilkin tipi olaraq bu və ya digər kəndin salınmasında başlanğıc mərhələ rolunu oynayan yer. == Ümumi məlumat == Toplanılan etnoqrafik materiallardan aydın olur ki, binə XIX əsrdə Azərbaycanın dağlıq bolgələrindəki kəndlərin əksəriyyətində movcud olmuşdur. Əsasən maldarlıqla məşğul olan əhali tərəfindən kəndin yaxınlığında salınan təsərrufat tikililəri (yataq, tovlə, pəyə, xalxal, at damı və s.) binə adlanırdı. Binədə ailələrin sayı artdıqca tədricən təsərrufat tikililəri və ya yaşayış evləridə inşa edilirdi. Təsərrufat tikililəri və ya yaşayış evlərinin sayı artdıqca binə daimi yaşayış məntəqəsinə cevrilir və həmin yer ya orada ilk məskən salmış adamın adı ilə, ya da maldarlıq təsərrufatının ustun sahələrindən birinin adı ilə adlandırılırdı. (Qasımbinəsi, Məmməduşağı binəsi, Baxış binəsi, Malbinəsi, Qoyunbinəsi və s.
Binə Şəhidlər Xiyabanı
Binə Şəhidlər Xiyabanı — 2020-ci ilin sentyabr ayında əsası qoyulan və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı şəhid olan Azərbaycan Silahlı Qüvvələri hərbi qulluqçusularının dəfn olunduğu xiyabandır. == Tarixi == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün Vətən müharibəsi başladı. Müharibə zamanı Binə qəsəbəsində yaşayan 21 hərbi qulluqçu şəhid oldu. Onların hamısı Binə qəsəbəsində salınan Binə Şəhidlər Xiyabanında dəfn olundu. Noyabrın 10-da müharibə bitəndən sonra Binə Şəhidlər Xiyabanında abadlıq işləri aparıldı. == Dəfn olunanlar == Binə Şəhidlər Xiyabanında dəfn olunanların 1 nəfəri baş leytenantdır, 2 nəfəri gizirdir, 1 nəfəri kiçik gizirdir, 1 nəfəri baş çavuşdur, 1 nəfəri çavuşdur, 14 nəfəri isə əsgərdir. |21. |İsa Məmmədov İsa Nazim oğlu.